Bu gün Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin üzvü, dəyərli həmkarımız
Kənan Novruzovun doğum günüdür. Kənan o jurnalistlərdəndir ki, ilk yazısının
birinci cümləsindən perspektivinin nə qədər yükəsək olduğunu göstərə bilib.
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi olmuş Kənan Novruzovun bu gün
yazdıqlarını oxuyanda adam özü bir tələbə kimi təcrübi biliklərə yiyələnir.
Mədəniyyəti, əxlaqı, xarakteri ən müsbət çalarlardan yoğrulmuş Kənan
sayılıb-seçilən media orqanı “Report”da çox qısa zamanda sayılıb-seçilməyi
bacardı. Həmkarları onun xətrini də, qələmini də çox istəyirlər.
Nə xoş bizə ki, Kənan kimi həmkarımız, dostumuz, fikirdaşımız var. Səninlə bağlı proqnozları yüksək səviyyədə
doğruldaraq müəllimlərinin başını uca etdiyin üçün həmişə yüksək zirvələrdə
olasan, Kənan Novruzov.
Mediaekspert.az